Müayinələr

Kardioloji müayinələr

Ürək şikayətləri çox vaxt bir müayinə ilə tam aydınlaşmır. Ritm pozuntusu bəzən yalnız gün ərzində, sinə ağrısı isə yalnız fiziki yük zamanı özünü göstərir. Ona görə də kardioloq şikayətə uyğun olaraq müayinələri ardıcıllıqla seçir. Aşağıdakı beş instrumental müayinəni Dr. Günay Məhərrəmzadə özü aparır.

Qeyd: Müayinələr Referans Poliklinik Nəsimi filialında aparılır.

  1. 01 Elektrokardioqrafiya (EKQ)EKQ ürəyin elektrik fəaliyyətini sinəyə, qol və ayaqlara qoyulan elektrodlar vasitəsilə qeydə alan sadə müayinədir. Ürəyin ritmini, vurğu sayını, keçiriciliyini, ürək əzələsinin qan təchizatındakı pozulma əlamətlərini və keçirilmiş infarktın izlərini göstərə bilir. Müayinə ağrısızdır və bir neçə dəqiqə çəkir. bir neçə dəqiqə
  2. 02 Exokardioqrafiya (ürəyin USM müayinəsi)Exokardioqrafiya (ExoKQ) ürəyin ultrasəs müayinəsidir. Ürək əzələsinin necə yığıldığını, divarların qalınlığını, kameraların ölçüsünü, qapaqların işini, anadangəlmə və qazanılmış ürək qüsurlarını göstərir. Şüalanma yoxdur, xüsusi hazırlıq tələb olunmur. adətən 20–30 dəqiqə
  3. 03 Holter EKQ monitorinqiHolter EKQ monitorinqi kiçik portativ aparatın köməyi ilə ürək ritmini 24, 48 və ya 72 saat ərzində fasiləsiz qeydə alır. Adi EKQ-də görünməyən, gün ərzində yaranıb keçən ritm pozuntularını aşkarlamaq üçün istifadə olunur. 24, 48 və ya 72 saat
  4. 04 Gündəlik arterial təzyiq monitorinqi (Holter AT)Gündəlik təzyiq monitorinqi zamanı qola taxılan manjet 24 saat ərzində müəyyən aralıqlarla təzyiqi avtomatik ölçür. Bu üsul həkim otağında həyəcandan yüksələn ("ağ xalat") təzyiqi, əksinə, yalnız evdə və ya gecə yüksələn təzyiqi, eləcə də müalicənin gün boyu nə dərəcədə təsirli olduğunu göstərir. 24 saat
  5. 05 Treadmill stress EKQ testiTreadmill stress testi zamanı siz qaçış zolağında (treadmill) yeriyirsiniz; zolağın sürəti və mailliyi mərhələlərlə artır. Bu vaxt EKQ və arterial təzyiq fasiləsiz izlənir. Test ürəyin yükə necə cavab verdiyini, yük zamanı ürək əzələsinin qan təchizatında pozulma əlamətlərinin olub-olmadığını və yükə dözümlülüyü göstərir. hazırlıqla təxminən yarım saat – bir saat
  6. 06 Kardioloq konsultasiyasıKardioloq konsultasiyasında həkim şikayətlərinizi, ailə tarixçənizi, risk amillərinizi və qəbul etdiyiniz dərmanları soruşur, təzyiqinizi ölçür, ürəyinizi dinləyir. Bundan sonra lazım olan müayinələr və növbəti addımlar müəyyənləşdirilir.
  7. 07 Ürək check-up-ı və risk qiymətləndirilməsiÜrək check-up-ı şikayət olmadan, ürək-damar xəstəliklərinin risk amillərini və gizli gedişli xəstəlikləri vaxtında aşkarlamaq üçün aparılan planlı müayinədir. Hansı müayinələrin daxil ediləcəyini həkim yaşınıza, ailə tarixçənizə və risk amillərinizə görə seçir.

Müayinələr bir baxışda

MüayinəNəyi göstərirTəxmini müddət
EKQRitm, vurğu sayı, keçiricilik, işemiya əlamətləriBir neçə dəqiqə
ExokardioqrafiyaÜrək əzələsinin işi, divarlar, kameralar, qapaqlarAdətən 20–30 dəqiqə
Holter EKQGün ərzində ritm pozuntuları, fasilələr, ekstrasistolalar24, 48 və ya 72 saat
Holter təzyiqGündüz və gecə təzyiqinin dəyişməsi24 saat
Treadmill stress EKQYük zamanı ürəyin cavabı, yükə dözümlülükHazırlıqla birlikdə təxminən yarım saat-bir saat

Müddətlər ümumi məlumatdır; dəqiq vaxtı qəbula yazılarkən öyrənin.

Günay MəhərrəmzadəKardioloq

Müayinə, xəstəlik və ya mövzu adını yazın.

Kardioloq Günay Məhərrəmzadə

Dr. Günay Məhərrəmzadə

Kardioloq · Referans Medical Group

Kontaktı telefona yazın